Polşa Azərbaycanla ikitərəfli münasibətləri yüksək qiymətləndirir - Zbiqnev Rau

Polşa Azərbaycanla ikitərəfli münasibətləri yüksək qiymətləndirir - Zbiqnev Rau

Bakı. TurkicWorld:

Polşa Azərbaycanla ikitərəfli münasibətləri yüksək qiymətləndirir.

TurkicWorld-un məlumatına görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Polşa Respublikasının xarici işlər naziri Zbiqnev Rau Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

“Biz regionda təhlükəsizliyin hələ kövrək vəziyyətdə qalmasından narahatıq. ATƏT regionda sülhün təmin edilməsi və etimadın yaradılması üçün lazımi dəstəyi göstərməyə hazırdır”, - deyə o bildirib.