Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşdırılması üçün 10 noyabr bəyanatının şərtlərinin yerinə yetirilməsi vacibdir - XİN rəhbəri

Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşdırılması üçün 10 noyabr bəyanatının şərtlərinin yerinə yetirilməsi vacibdir - XİN rəhbəri

Bakı. TurkicWorld:

Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşdırılması üçün potensial mövcuddur.

TurkicWorld-un məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Polşa Respublikasının xarici işlər naziri Zbiqnev Rau ilə birgə mətbuat konfransında deyib.

C.Bayramov qeyd edib ki, bunun üçün 10 noyabr üçtərəfli bəyanatının şərtlərinin yerinə yetirilməsi vacibdir.

Nazir bildirib ki, bunun üçün real addımların atılmasının zamanıdır:

"Azərbaycan sülh üçün öz təkliflərini irəli sürüb, lakin Ermənistan tərəfindən buna reaksiya verilməyib".