Ceyhun Bayramov polşalı həmkarı ilə müzakirə olunan məsələləri açıqlayıb

Ceyhun Bayramov polşalı həmkarı ilə müzakirə olunan məsələləri açıqlayıb

Bakı. TurkicWorld:

Uzun illər ərzində torpaqlarımızın 20 faizinin erməni işğalı altında olması və 44 günlük Vətən müharibəsi nəticəsində bu işğala son qoyulması ətraflı müzakirə edildi.

TurkicWorld-un məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Polşa Respublikasının xarici işlər naziri Zbiqnev Rau ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu görüş 31 Mart - Azərbaycanlıların soyqırımı gününə düşür. “Bu soyqırımı nəticəsində etnik zəmində on minlərlə soydaşımız ermənilər tərəfindən qətlə yetirilib”.

XİN rəhbərinin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin bərpa olunması və soydaşlarımızın öz doğma yurdlarına qayıtması məsələsi də görüş zamanı müzakirə edilib.

"Polşadan olan şirkətlərin bərpa işlərində iştirakı arzuolunandır və bugünkü görüşdə bu məsələyə də toxunuldu", C.Bayramov əlavə edib.