Son dəqiqə

Azərbaycan İran

İran xarici işlər nazirinin müavini Bakıya gəlir

Bakı. TurkicWorld:

İran xarici işlər nazirinin müavini və XİN-in Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Səid Xətibzadə bu həftə Azərbaycana səfər edəcək.

Bu barədə TurkicWorld məlumatlı mənbəyə istinadən məlumat verib.

Məlumata görə, iranlı nazir müavini Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin dəvəti əsasında Bakıya səfər edəcək. Səfər çərçivəsində bir sıra görüşlər nəzərdə tutulub.

Xətibzadə mərkəzin ixtisaslaşdırılmış panellərində iştirak edəcək.

Mövzuya görə xəbərlər