Böyük Britaniyanın Silahlı Qüvvələr üzrə Azərbaycanda səfərdədir

Böyük Britaniyanın Silahlı Qüvvələr üzrə Azərbaycanda səfərdədir

Bakı. TurkicWorld:

Böyük Britaniyanın Silahlı Qüvvələr üzrə Naziri Ceyms Heppi Azərbaycanda səfərdədir.

TurkicWorld xəbər verir ki, Böyük Britaniyanın Silahlı Qüvvələr üzrə Naziri Ceyms Heppi Bakıya bir günlük səfərə gəlib. Bu, Müdafiə Nazirliyinin Azərbaycana sayca ilk səfəridir.

Böyük Britaniyanın Müdafiə Nazirliyinin Silahlı Qüvvələr üzrə Naziri Ceyms Heppi Azərbaycanda səfərdədir. Bu, Böyük Britaniya Müdafiə Nazirliyinin Azərbaycana ilk səfəri olacaq. Səfər çərçivəsində Prezident İlham Əliyev, Müdafiə Naziri General-Polkovnik Zakir Həsənov və Xarici İşlər Naziri Ceyhun Bayramovla görüşlər nəzərdə tutulub.

Müzakirə üçün əsas mövzular Böyük Britaniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərinin 30-cu ildönümü ərzində Böyük Britaniya-Azərbaycan müdafiə əməkdaşlığının genişləndirilməsi imkanları, Rusiyanın Ukraynaya təcavüzündən sonra davam edən vəziyyət, Ermənistanla münaqişə ilə bağlı həll edilməmiş məsələlər və sülh prosesinin vəziyyəti olacaq. Nazir həmçinin minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edəcək, və Şəhidlər Xiyabanını da ziyarət edəcək.