Son dəqiqə

Azərbaycan Qarabağ Ermənistan Rusiya Andrey Rudenko Valentina Matviyenko

Rusiya ümid edir ki, Qarabağla bağlı vəziyyət Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə başa çatacaq – Matviyenko

Bakı. TurkicWorld:

Rusiya ümid edir ki, Qarabağla bağlı vəziyyət Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə başa çatacaq.

TurkicWorld-un məlumatına görə, bunu Rusiya parlamentinin Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

"Biz ümidvarıq ki, bu vəziyyət məhz sülh müqaviləsi ilə başa çatacaq. Biz bunu həqiqətən arzulayırıq", - V.Matviyenko bildirib.

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko da qeyde dib ki, Moskva ümid edir ki, Qarabağdakı gərginlik Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatı çərçivəsində tənzimlənəcək.

Mövzuya görə xəbərlər