Son dəqiqə

Azərbaycan Çin

Çin və Azərbaycan strateji tərəfdaşdırlar - XİN

Bakı. TurkicWorld:

Çin və Azərbaycan strateji tərəfdaşdırlar.

TurkicWorld xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Ho Tzyakun keçirdiyi brifinq zamanı bildirib.

“Son illər iki dövlət başçısının şəxsi diqqəti və səyləri nəticəsində Çin-Azərbaycan münasibətləri sabit inkişaf tempini qoruyub saxlayır.

Bu isə siyasi qarşılıqlı etimadın dərinləşməsi, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində uğurlu əməkdaşlıq və beynəlxalq arenada effektiv əlaqələndirmənin olmasından irəli gəlir", – o qeyd edib.

Mövzuya görə xəbərlər