Bakı, TurkicWorld
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Sloveniyanın xarici işlər naziri Tanya Fayon ilə geniş tərkibdə görüşü keçirilib.
TurkicWorld xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkəsindəki paylaşımda deyilir.
Tərəflər enerji, rəqəmsal innovasiya, ekoloji davamlılıq, təhsil və turizm sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib, regional təhlükəsizlik, əlaqə və çoxtərəfli koordinasiya ilə bağlı fikir mübadiləsi aparıblar.
xxx
12:03
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Sloveniyanın xarici işlər naziri Tanya Fayon ilə təkbətək görüşü keçirilir.
TurkicWorld xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkəsindəki paylaşımda deyilir.
Müzakirələr zamanı əsas diqqət siyasi əməkdaşlığın dərinləşdirilməsi perspektivləri, ticarət və investisiyaların artırılması, çoxtərəfli platformalarda qarşılıqlı dəstəkdir.
Xəbər yenilənəcək





