Son dəqiqə

Azərbaycan Gürcüstan səfər Mixeil Kavelaşvili

Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Bakı. TurkicWorld:

Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 16-da başa çatıb.

TurkicWorld xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstan Prezidenti Mixeil Kavelaşvilini hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola saldılar.

Mövzuya görə xəbərlər