Bakı, TurkicWorld
Martın 26-da elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu” çərçivəsində Malayziyanın elm, texnologiya və innovasiyalar naziri Çanq Lih Kanq ilə ikitərəfli görüş keçirib.
Elm və Təhsil Nazirliyindən TurkicWorld-ə bildiriblər ki, görüşdə ölkələr arasında elm sahəsində cari əməkdaşlıq müzakirə edilib. Tərəflər potensial inkişaf perspektivləri üzərində də fikir mübadiləsi aparıblar.