Bakı. TurkicWorld:
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə yola düşür.
TurkicWorld-un məlumatına görə, Federasiya Şurasının mətbuat xidməti səfər çərçivəsində bir sıra rəsmi görüşlərin keçirilməsinin planlaşdırıldığını açıqlayıb. Həmçinin Rusiya Federasiya Şurası ilə Azərbaycan Milli Məclisi arasında parlamentlərarası komissiyanın iclası təşkil olunacaq.
Komissiyaya Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin və Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov həmsədrlik edəcək.
Rusiya nümayəndə heyətinin tərkibinə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin, Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Vladimir Bulavin, Elm, Təhsil və Mədəniyyət Komitəsi sədrinin birinci müavini İlyas Umaxanov, Sosial Siyasət Komitəsinin sədr müavini, Federasiya Şurasının sədr müavini Zhanna İvanovna, Dövlət Dumasının deputatları və Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin daxildir.