Son dəqiqə

BMT Ceyhun Bayramov Azərbaycan XİN

Ceyhun Bayramov Vuk Yeremiçlə beynəlxalq təhlükəsizlik məsələlərindən danışdı

Bakı. TurkicWorld:

XII Qlobal Bakı Forumu çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının keçmiş prezidenti Vuk Yeremiçlə görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Xəbər yenilənəcək

Mövzuya görə xəbərlər