Son dəqiqə

Milli Məclis Adil Əliyev Aydın Mirzəzadə Əlimirzamin Əskərov Rustam Soli

Tacikistan Milli Məclisinin sədri Azərbaycana səfərə gəlib (FOTO)

Martın 3-də Tacikistan Ali Məclisinin yuxarı palatası olan Milli Məclisin sədri Rustami Emomoli Azərbaycana rəsmi səfərə gəlib.

Azərbaycan Milli Məclisindən TurkicWorld-ə verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Rustami Emomolinin başçılıq etdiyi Tacikistan parlament nümayəndə heyətini Milli Məclisin sədr müavini Adil Əliyev, Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə, Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov, Tacikistanın ölkəmizdəki səfiri Rustam Soli və digər rəsmi şəxslər qarşılayıblar.

Rəsmi səfər martın 4-də başa çatacaqdır.

Mövzuya görə xəbərlər