Bakı,TurkicWorld
Roketsan-ın Baş Direktoru Murat İkinci, Azərbaycan, Səudiyyə Ərəbistanı və İndoneziyada istehsal müəssisələri quracaqlarını açıqlayıb.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, İkinci, Roketsan-ın yalnız Türkiyə-də deyil, qlobal miqyasda da böyüməyə davam etdiyini vurğulayıb.
Roketsan-ın qlobal miqyasda böyüdüyünü diqqətə çatdıran İkinci, şirkətin yalnız ofis açmadığını, istehsal müəssisələri quraraq yerli istehsala yönəldiklərini söyləyib.
"Hal-hazırda Azərbaycanda bir istehsal müəssisəsini həyata keçiririk. Bununla yanaşı, Endoneziyada, Səudiyyə Ərəbistanında istehsal müəssisələrimiz olacaq. Honq-Konqda isə bir ofisimiz fəaliyyətini davam etdirir",- deyə o bildirib.
İkinci, Roketsan-ın qloballaşma strategiyasına da diqqət çəkib.
"Əslində Roketsan, qloballaşan dünyada bütün ölkələrdə strateji iş birliyi quraraq, orada da yerli istehsal həyata keçirmək üçün bir strategiya inkişaf etdirir. Roketsan böyüdükcə ekosistemini də birlikdə yuxarıya doğru qaldıracaq. Bizim strategiyamızın ən böyük və ən önəmli maddələrindən biri budur”,- deyə İkinci vurğulayıb.