Son dəqiqə

Prezident İlham Əliyev

Prezident İlham Əliyev Qrant haqqında qanunda dəyişiklik edib

Bakı, TurkicWorld

Prezident İlham Əliyev "Qrant haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edib.

TurkicWorld xəbər verir ki, "Qrant haqqında" Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddənin 1-ci hissəsinin üçüncü cümləsinə "yardımları" sözündən sonra ", "Bələdiyyə maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyə maliyyəsinin iqtisadi əsaslarını (qrant istisna olmaqla) təşkil edən vəsait" sözləri və "olmadan" sözündən sonra "bələdiyyələr, habelə" sözləri əlavə edilsin.

2. 2-ci maddə üzrə:

"Şəxslərinə" sözündən sonra ", habelə bələdiyyələrə" sözləri və ikinci cümləsinə "orqanı" sözündən sonra "bələdiyyələrə," sözü əlavə edilsin;

Birinci halda "Azərbaycan" sözündən əvvəl "Bələdiyyələr," sözü və "şəxslərinə" sözündən sonra ", o cümlədən bələdiyyələrə" sözləri əlavə edilsin;

"Şəxslərinə" sözündən sonra ", habelə bələdiyyələrə" sözləri əlavə edilsin.

3. 3-cü maddənin 2-ci hissəsinin dördüncü abzasında "bələdiyyə orqanları" sözləri "bələdiyyələr" sözü ilə əvəz edilsin.

4. 4-cü maddə üzrə:

Birinci halda "Azərbaycan" sözündən əvvəl "Bələdiyyələr," sözü əlavə edilsin;

"Şəxsləri" sözündən sonra ", habelə bələdiyyələr" sözləri əlavə edilsin.

Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı bəzi fərmanlara dəyişikliklik edilməsi barədə Fərmanı imzalayıb.

Mövzuya görə xəbərlər