Bakı, TurkicWorld
Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsul Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
TurkicWorld xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
"Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insanın həlak olması ilə əlaqədar Qaqauziya sakinləri adından və şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığı verirəm.
Bu ağır itkinin kədərini bölüşərək, faciə qurbanlarının ailələrinə və yaxınlarına təsəllimizi və dəstəyimizi ifadə edir, həmçinin hadisə nəticəsində yaralananların tezliklə tam şəfa tapmasını arzulayırıq".