Son dəqiqə

AZAL

Özbəkistan Parlamentinin sədri Azərbaycana başsağlığı verib

Bakı, TurkicWorld

Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva təyyarə qəzası ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı məktubu ünvanlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Milli Məclisin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məktubda deyilir: "Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında faciəvi şəkildə qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə kədərli xəbəri dərin hüznlə aldıq.

Özbəkistan Respublikası Ali Məclisinin Senatı adından həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların hamısının tezliklə sağalmasını arzulayıram."

Mövzuya görə xəbərlər