Ankarada Türkiyə və Böyük Britaniya arasında görüş keçiriləcək - XİN

Ankarada Türkiyə və Böyük Britaniya arasında görüş keçiriləcək - XİN

Türkiyə və Böyük Britaniya arasında strateji dialoq çərçivəsində ilk görüş fevralın 10-da Ankarada keçiriləcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bildirib.

"Türkiyə və Böyük Britaniya arasında Strateji Dialoq çərçivəsindəki ilk görüş 10 fevral 2022-ci il tarixində Ankarada Türkiyə xarici işlər nazirinin müavini, Avropa İttifaqı ilə işlər üzrə direktor Faruk Kaymakçı və Böyük Britaniya xarici işlər nazirinin müavini Filip Bartonun sədrliyi ilə keçiriləcək. Görüşlərdə Böyük Britaniya ilə ikitərəfli münasibətlərin bütün aspektləri müzakirə olunacaq, həmçinin Türkiyə-Aİ münasibətləri və regional məsələlər ətrafında fikir mübadiləsi aparılacaq".