Yaxın Şərqdə qeyri-sabitliyin səbəbi İsrailə dəstəkdir - Hakan Fidan

Yaxın Şərqdə qeyri-sabitliyin səbəbi İsrailə dəstəkdir - Hakan Fidan

Bakı. TurkicWorld:

Yaxın Şərqdə qeyri-sabitliyin səbəbi İsrailə dəstəkdir.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan Misir xarici işlər naziri Sameh Şükri ilə birgə mətbuat konfransında açıqlamasında deyib.

"Qəzzaya humanitar yardımla bağlı Misirlə əlaqələrimiz həyati əhəmiyyət kəsb edir. Rafah Sərhəd Qapısı vasitəsilə yardım çatdırmaq üçün Misirlə koordinasiyada gecə-gündüz işləyirik.Biz humanitar yardımımızın, xüsusən də Rəfaha çatdırılmasında böyük köməyə görə Misirə təşəkkür edirik.Misirlə Türkiyə arasındakı əməkdaşlıq xalqımıza və bölgəmizə böyük fayda verir", - deyə o əlavə edib.

Nazir Fidan onu da qeyd edib ki, İsrailin Fələstin torpaqlarını işğal etməsi Qərbin Yaxın Şərqdəki qeyri-sabitlik probleminin əsas səbəblərindən biridir.

"Bizim prioritetimiz İsrail işğalına son qoyulması və iki dövlətli həll formulunu həyata keçirmək olmalıdır. Bu baş vermədikcə, Yəməndən dünənki hücumlar, bugünkü İran-İsrail gərginliyi, sabah başqa bir müharibə, ertəsi gün başqa vətəndaş iğtişaşları, bunların hamısı davam edəcək. Əgər bu böhran həll edilməsə, fələstinlilərə layiq olduqları dövlət, müstəqillik və suverenlik verilməsə, bölgəmizdə belə böhranlar artmaqda davam edəcək. Region ölkələri, İslam ölkələri, digər Afrika ölkələri, Orta Asiya ölkələri olaraq hamı bir araya gəlib bu ədalətsizliyə qarşı mütəşəkkil şəkildə səsini ucaltmalıdır", - deyə Türkiyə XİN rəhbəri bildirib.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

X: Lamanasadli01