Paşinyan martda Türkiyəyə səfər edə bilər - Fuat Oktay

Paşinyan martda Türkiyəyə səfər edə bilər - Fuat Oktay

Ermənistanın baş naziri Nikol Paşinyan mart ayında Antalyada keçiriləcək diplomatik forumda iştirak etmək üçün Türkiyəyə səfər edə bilər.

TurkicWorld-un məlumatına görə, bu barədə "A Haber" televiziya kanalına müsahibəsində Türkiyə vitse-prezidenti Fuat Oktay bildirib.

"Qarabağın bu yaxınlarda işğaldan azad edilməsi və sona qədər dəstəklədiyimiz proses müharibə kimi qəbul edilsə də, əslində sülhün açarıdır. Xüsusi nümayəndələr təyin olundu, qarşılıqlı müsbət mesajlar verilib. Biz bu prosesin sürətləndirilməsini istəyirik", - deyə F.Oktay qeyd edib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan diplomatik forumda iştirak etmək üçün Antalyaya gələcək.