Son dəqiqə

Qarabağ dövlətimizin apardığı bərpa-quruculuq işləri ilə dirçəlir - Robert Mobili

Bakı, TurkicWorld

Torpaqlarımız işğaldan azad edildikdən sonra neçənci dəfədir ki, bu torpaqlarda oluram.

Bunu TurkicWorld-ə açıqlamasında Alban-udi xristian dini icmasının sədri Robert Mobili deyib.

O bildirib ki, hər dəfə burda olanda çox sevinirəm.

"Dünya Dini Liderlərinin Qlobal Sammitinin iştirakçılarının bura gələrək buranı öz gözləriylə görməsi yaxşı oldu. Belə bir sammitin ölkəmizdə keçirilməsi ölkəmizin uğurudur. Qarabağ dövlətimizin apardığı bərpa-quruculuq işləri ilə dirçəlir, gözəlləşir. Hər gələn qonaq burdan özü ilə Azərbaycan həqiqəti aparacaq", - deyə o qeyd edib.

Qeyd edək ki, Dünya Dini Liderlərinin Qlobal Sammitinin iştirakçıları Qarabağda səfərdədirlər. Səfər çərçivəsində müxtəlif ölkələrin din və hökumət nümayəndələri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə erməni vandalizminə məruz qalmış dağıntılarla, eyni zamanda, bərpa-quruculuq işləri ilə tanış olacaqlar, dini ibadət evlərini ziyarət edəcəklər.