Son dəqiqə

Azərbaycan XİN

Fransa səfirinin Azərbaycana qarşı qarayaxma kampaniyasına köklənməsi bu ölkənin xarici siyasətinin uğursuzluğunun nəticəsidir - XİN

Bakı, TurkicWorld

Səfirin Azərbaycan əleyhinə qarayaxma kampaniyasına köklənməsi ilk növbədə Fransa xarici siyasətinin uğursuzluğunun nəticəsidir.

TurkicWorld xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin Ermənistanın "Hetq" media qurumuna müsahibəsində Azərbaycan əleyhinə səsləndirdiyi əsassız iddialara münasibət bildirərkən deyib.

"Elementar diplomatik etiket qaydalarına əməl etməyi bacarmayan Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin Ermənistan-Fransa münasibətlərindən daha çox Azərbaycan əleyhinə qarayaxma kampaniyasına köklənməsi ilk növbədə Fransa xarici siyasətinin uğursuzluğunun nəticəsidir", - XİN-dən bildirilib.

Mövzuya görə xəbərlər