Bakı, TurkicWorld
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsinin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.
TurkicWorld xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sənədə əsasən, Şurada iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iqtisadiyyat nazirinin I müavini Elnur Əliyevlə əvəz olunub.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.