Son dəqiqə

General-mayor işdən çıxarıldı - Vəzifəsini o icra edir

Bakı, TurkicWorld

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının rəhbərliyində dəyişiklik edilib.

TurkicWorld xəbər verir ki, müvafiq qərarla akademiyanın rəisi, general-mayor Azər İbrahimov vəzifəsindən azad olunaraq, sərəncama götürülüb.

Bir müddət əvvəl verilən qərarla sözügedən vəzifənin müvəqqəti icrası general-mayor Faiq Məmmədova tapşırılıb.