Son dəqiqə

Ceyhun Bayramov COP29

Ceyhun Bayramov MDB XİN rəhbərlərini ölkəmizin COP29 sədrliyi barədə məlumatlandırıb

Bakı, TurkicWorld

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında ölkəmizin COP29 sədrliyi barədə danışıb.

Bu barədə TurkicWorld -ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Ölkəmizin COP29 sədrliyi barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov, tərəfimizdən aparılan danışıqlar prosesi və görülən hazırlıq işlərinin qlobal iqlim fəaliyyətinə mühüm töhfə olması məqsədilə genişmiqyaslı sədrlik fəaliyyəti apardığımızı diqqətə çatdırıb", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Mövzuya görə xəbərlər