Bakı, TurkicWorld
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində ABŞ prezidenti Co Bayden tərəfindən təşkil olunan rəsmi qəbulda iştirak edib.
TurkicWorld xəbər verir ki, bu haqda Ceyhun Bayramov öz “X” hesabında məlumat verib.
Məlumatda həmçinin qəbulun Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edən nümayəndə heyətlərinin başçıları üçün təşkil olunduğu bildirilib.