...

Türkiyə Gürcüstanın "3+3" formatında danışıqlarda iştirakını dəstəkləyir

Siyasət Digər xəbərlər 18 Yanvar 2022 00:11
TurkicWorld Mustafa Askerbeyli
Türkiyə Gürcüstanın "3+3" formatında danışıqlarda iştirakını dəstəkləyir

Türkiyə Gürcüstanın Qafqaz regionunda sabitliyə dair davam edən müzakirələrdə iştirakını dəstəkləyir.

TurkicWorld-un məlumatına görə, bu barədə "Sabah" qəzeti diplomatik mənbələrə istinadən xəbər verir.

Bildirilir ki, ötən ay Moskvada "3+3" formatında keçirilən görüşdə Gürcüstan iştirak etməyib.

Bununla belə, ölkə rəsmiləri qeyd ediblər ki, Gürcüstan regionda digər qonşu dövlətlərlə əlaqələrin və əməkdaşlığın gücləndirilməsinin tərəfdardır və regionda davamlı sülhün təmin olunması üçün Türkiyə, Azərbaycan və Ermənistanla birgə effektiv addımlar atıb.

Məqalədə:
Xəbərlər

Xəbər lenti