Mərkəzi Seçki Komisiyası Məzahir Pənahov

Parlament seçkiləri ilə əlaqədar müraciətlərin sayı açıqlanıb

Bakı, TurkicWorld

125 dairəmiz var, 6478 məntəqədə seçicilər səs verib.

TurkicWorld xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

"Bizdə ümumi 1510 görüntü var idi. Bunlardan 508-i sosial şəbəkələrdə idi. 928 görüntü seçki subyektləri tərəfindən təqdim edilib. 500-dən çox görüntünün səsverməyə dəxli olmayıb. 34 seçki dairəsinin 124 məntəqəsini 1510 görüntü əhatə edir. Bu, biz gözlədiyimizdən də müsbət nəticədir. Bu baxımdan deyə bilərik ki, seçkilər yüksək səviyyədə keçib. Ona görə müraciətlərin də sayı azdır", - deyə MSK sədri qeyd edib.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.

Mövzuya görə xəbərlər