Mərkəzi Seçki Komisiyası Məzahir Pənahov

MSK-nın icraatında müraciət yoxdur - Məzahir Pənahov

Bakı, TurkicWorld

Artıq bizim icraatımızda olan müraciət qalmayıb.

TurkicWorld xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, MSK artıq seçkilərə yekun vurmaq mərhələsinə keçir:

"Mən poçta gələn müraciət olub-olmadığını da yoxlatmışam. Əllə olan müraciətlərin də tarixi artıq keçib. Nə vaxtsa bizə poçtla nəsə gəlsə, müddət pozulmasa, biz onu Konstitusiya Məhkəməsinə göndərə bilərik".

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.

Mövzuya görə xəbərlər