Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası ilə bağlı komissiyanın yaradılması barədə şifahi razılıq əldə edilib

Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası ilə bağlı komissiyanın yaradılması barədə şifahi razılıq əldə edilib

Azərbaycanla Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyası ilə bağlı komissiyanın yaradılması barədə şifahi şəkildə razılıq əldə olunub. Əsas məqsəd yaxın zamanlarda bu razılığın rəsimləşdirilməsi və bununla bağlı sənədin imzalanmasına nail olmaqdır. Bu komissiyanın yaradılması və müvafiq sənədin imzalanması vacibdir.

TurkicWorld-un məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

F.Şəfiyev bildirib ki, müəyyən sənədlərin imzalanması sülh sənədinin imzalanmasına yol aça bilər. “Hesab edirəm ki, bu il Ermənistanla hərtərəfli sülh sənədinin imzalanmasına nail ola bilməyəcəyik. Dəhliz və delimitasiya ilə bağlı müəyyən sənədlər imzalansa, bu, sülh sənədinin imzalanmasına yol açacaq”, - deyə F.Şəfiyev bildirib.