Bakı, TurkicWorld
Amerikalı hakim tərəfindən erməni terrorizmini canlandırmağa cəhd edən Aram Brunsonun həbs edilməsi barəsində əmr verilib.
TurkicWorld xəbər verir ki, Federal Təhqiqat Bürosu Brunsona qarşı cinayət işi açdıqdan sonra Bostondakı bir sülh hakimi onun haqqında həbs qərarı verdi.
Çikaqo Universitetinin keçmiş erməni tələbəsi olan Brunsonun erməni terrorizmini canlandırmaq istədiyi, partlayıcı maddələr hazırladığı, Türkiyə və Azərbaycanın diplomatik nümayəndəliklərində araşdırma apardığı üzə çıxıb.
Qeyd edək ki, Erməni Aram Brunson 2023-cü ildə Çikaqo Universitetində 2-ci kursda oxuyarkən yataqxanasında partlayış və yanğın törətmişdi. Brunson bu hadisədən sonra FTB-nin radarına düşdü.
Erməni tələbə Türkiyə və Azərbaycana qarşı terror planlaşdırıb
Telefonu və kompüteri yoxlanılan Brunsonun erməni təşkilatlarına dəstək məqsədilə bomba istehsalı ilə bağlı araşdırmalar apardığı məlum olub. Videolarda onun partlayıcı maddələr hazırlamaqda mütəxəssis olduğu və silahlı terror təşkilatı yaratmaq istəyən ermənilərə dəstək vermək istədiyini söylədiyi bildirilir.
Həmçinin, Erməni Brunsonun Türkiyə və Azərbaycanın ABŞ və xaricdəki diplomatik nümayəndəliklərinin yerini də araşdırdığı müəyyən edilib.
Brunsonun Vaşinqtonda Türkiyə və Azərbaycan səfirlərinin iqamətgahlarında araşdırma apardığı məlum olub.
Qeyd edək ki, Erməni terrorizmini dirçəltməyə çalışan Brunsonun daşnak terror təşkilatı ARF və Amerika Erməni Milli Komitəsi ANCA üzvü olduğu üzə çıxıb.
ANCA-nın X platformasındakı yazısında Brunsonun erməni lobbisinin yüksək vəzifəli şəxsləri ilə görüşdüyü də məlum olub.