Son dəqiqə

Azərbaycan Türkiyə erməni terroru

Erməni tələbə Türkiyə və Azərbaycana qarşı terror planlaşdırıb

Bakı, TurkicWorld

ABŞ kəşfiyyatı Çikaqo Universitetinin keçmiş tələbəsi Aram Brunsonun erməni terrorizmini yenidən canlandırmaq üçün planlar qurduğunu üzə çıxarıb.

TurkicWorld xəbər verir ki, cinayət iddiasına görə, Brunson bomba hazırlamağı öyrənərək Türkiyə və Azərbaycanın diplomatik nümayəndəliklərinə hücum etməyə hazırlaşıb.

Çikaqo Universitetinin keçmiş tələbəsi olan erməni əsilli Aram Brunsona qarşı Federal Təhqiqat Bürosu (FTB) cinayət işi qaldırıb.

Aram Brunsonun bomba hazırlamaq üçün əlində müəyyən vasitələr olduğu, bomba hazırlamağı öyrəndiyi, tərəfdar toplamağa çalışdığı, erməni terrorizmini dirçəltməyə planlaşdırdığı üzə çıxıb.

Cinayət ərizəsində o da bildirilib ki, Türkiyə və Azərbaycanın diplomatik nümayəndəliklərinə və səfirlərinə qarşı bombalı hücuma hazırlaşan Brunson hazırda Ermənistandadır.

FTB erməni Aram Brunsonla bağlı dərc etdiyi 17 səhifəlik cinayət elanında erməni terrorizminin yenidən dirçəildilməsi üçün qurulan planın bütün təfərrüatları ortaya çıxıb.

FTB-nin xüsusi agenti Tomas M. Daltonun imzaladığı cinayət şikayətində erməni Brunsonun partlayıcı maddələr hazırlamağı öyrəndiyi və onları öyrədən videolar çəkdiyi, partlayıcı maddələrin hazırlanmasında istifadə olunan materiallara sahib olduğu, erməni terrorizmini canlandırmaq üçün tərəfdar toplamağa çalışdığı, Türkiyə və Azərbaycanın ABŞ-dakı və digər ölkələrdəki missiyalarını araşdırdığı bəlli olub.

Bildirilib ki, bütün bu hadisələrdən sonra ABŞ rəsmiləri Ermənistanda Brunsonla əlaqə saxlayıb və onu ABŞ-a qayıtmağa razı salmağa çalışıblar, lakin Brunson geri qayıtmaqdan imtina edib.

FTB erməni Brunsona qarşı yalan ifadələr vermək və saxtakarlıq, aldatma və intriqa yolu ilə maddi faktları saxtalaşdırmaq, gizlətmək və ört-basdır etmək ittihamı ilə cinayət işi qaldırıb.

Mövzuya görə xəbərlər