Son dəqiqə

Azərbaycan Belçika

Belçikanın yeni səfiri Azərbaycan XİN başçısının müavini ilə görüşüb

Bakı. TurkicWorld:

Belçikanın ölkəyə yeni təyin olunmuş səfiri Julyen de Fraypont Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayevlə görüşüb.

TurkicWorld xəbər verir ki, səfir bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Nazir müavini Fariz Rzayevlə görüşdən şərəf duydum. Bu, Bakıdakı missiyamın ilk rəsmi addımıdır. Azərbaycan Xarici İşlər Nazirliyi ilə əməkdaşlığı səbirsizliklə gözləyirəm”, - diplomat qeyd edib.

Mövzuya görə xəbərlər