Son dəqiqə

Bakı Təşəbbüs Qrupu Boneyra

Biz müstəmləkəçilik siyasəti ucbatından yox olmaq həddindəyik - Boneyra nümayəndəsi

Bakı, TurkicWorld

Biz müstəmləkəçilik siyasəti ucbatından yox olmaq həddindəyik.

TurkicWorld xəbər verir ki, bunu Dəyişiklik üçün Boneyra Hərəkatının lideri Ceyms Fins jurnalistlərə açıqlamasında bildirib.

"2017-ci ilə qədər əhalimiz 40%-ə qədər azaldı və 2030-cu ilə qədər əhalinin bir hissəsindən də az olacağı proqnozlaşdırılır. Ötən ilin sonunda isə əhalimizin 32%-dən də aşağı olduğu barədə statistik məlumatlarımız var idi", - o deyib.

Ceyms Finis qeyd edib ki, Boneyra adasının tam holland müstəmləkəsi altındadır və bu, bütün dünyadan gizlidir.

"Bizi tətbiq edilmiş müstəmləkəçilik siyasəti təhlükə yaradır. Ona görə də biz ağır müstəmləkə zülmü altındayıq. Mən şadam ki, Bakı Təşəbbüs Qrupu bizə həqiqətlərimizi söyləmək, başımıza gələnlər haqqında danışmaq imkanı yaradır", o əlavə edib.

təş

Mövzuya görə xəbərlər