Son dəqiqə

Azərbaycan BMT Baş Assambleyası

Azərbaycan BMT-nin ədalətli peyvəndləmə ilə bağlı qətnaməsini dəstəkləyib

Azərbaycan BMT Baş Assambleyasının Peyvənd Bərabərliyi ilə bağlı Yeni il qətnaməsini dəstəkləməkdən qürur duyur.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin "Twitter"-dəki rəsmi hesabındakı paylaşımda deyilir.

"Azərbaycan BMT Baş Assambleyasının Peyvənd Bərabərliyi ilə bağlı Yeni il qətnaməsini dəstəkləməkdən qürur duyur və Qoşulmama Hərəkatının Sədri qismində dünyanın hər yerində hər bir insan üçün təhlükəsiz, effektiv və əlçatan peyvəndləməni təmin etmək üçün qlobal səylərdə aparıcı rolunu davam etdirəcək", - deyə paylaşımda qeyd olunur.

Mövzuya görə xəbərlər