Son dəqiqə

Xarici İşlər Nazirliyi Ceyhun Bayramov

Ermənistanda artan sürətli hərbiləşmə narahatlıq mənbəyidir - XİN rəhbəri

Bakı,TurkicWorld

Ermənistanda artan sürətli hərbiləşmə narahatlıq mənbəyi olaraq qalır.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ATƏT-in baş katibi Helqa Şmid ilə görüşü zamanı deyib.

Azərbaycan və Ermənistan arasında normallaşma prosesində son vəziyyət, sülh prosesində əldə olunan irəliləyişlər qeyd edilib:

Bununla belə, Ermənistanın cari Konstitusiyasında hələ də Azərbaycana qarşı ərazi iddialarının mövcudluğunun qəbuledilməz olduğu vurğulanıb. Sülh gündəliyinin irəli aparılmasına təhdid törədən addımların, xüsusilə Ermənistanda artan sürətli hərbiləşmənin narahatlıq mənbəyi olaraq qaldığı diqqətə çatdırılıb.

Mövzuya görə xəbərlər