Son dəqiqə

Xarici İşlər Nazirliyi Ceyhun Bayramov Hakan Fidan

Ceyhun Bayramov və Hakan Fidan regional məsələləri müzakirə edib

Bakı. TurkicWorld :

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, telefon danışığı zamanı nazirlər iki ölkə arasında ikitərəfli müttəfiqlik münasibətlərinin müxtəlif aspektləri üzrə görülən işləri və regional məsələləri müzakirə ediblər.

Mövzuya görə xəbərlər