Son dəqiqə

Azərbaycan Türkiyə Ermənistan Yaşar Güler

Azərbaycanla Ermənistanın sülh prosesindəki səmimi səylərini dəstəkləyirik - Yaşar Gülər

Bakı,TurkicWorld:

Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliyə nail olmaq üçün Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh müqaviləsi imzalanmalıdır.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər "Efes-2024" çoxmilli təlimləri çərçivəsində deyib.

Onun sözlərinə görə, Türkiyə tərəflərin sülh prosesindəki səmimi səylərini dəstəkləyir.

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sülhə nail olmaq üçün bu tarixi imkandan istifadənin vacibliyindən danışıb. Həmçinin, Ermənistanın və erməni xalqının gələcəyi üçün lazım olan real yanaşma nümayiş etdirən baş nazir Nikol Paşinyanın son açıqlamalarını da alqışlayıram", - o deyib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Mövzuya görə xəbərlər