Son dəqiqə

Hikmət Hacıyev mina

Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur - Hikmət Hacıyev

Bakı. TurkicWorld:

Bu ay Zəngilanda beynəlxalq mina konfransı keçiriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü" mövzusunda tədbirdə bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanda mina ilə bağlı beynəlxalq konfrans keçirilib və növbəti belə konfransın işğaldan azad edilmiş Zəngilanda təşkil olunması planlaşdırılır.

Ermənistanın 30 illik işğalı nəticəsində torpaqlarımızın 12 faizinin minalarla çirkləndiyini diqqətə çatdıran Hikmət Hacıyev deyib ki, mina partlayışları insanların həyatına son qoymaqla bərabər, keçmiş məcburi köçkünlərin də doğma yurdlarına rahat şəkildə qayıtmalarına mane olur.

Mövzuya görə xəbərlər