Moskvada beş ölkənin XİN rəhbərlərinin müavinlərinin ilk görüşünün nəticələrini yüksək qiymətləndirmək olar - Ceyhun Bayramov

Moskvada beş ölkənin XİN rəhbərlərinin müavinlərinin ilk görüşünün nəticələrini yüksək qiymətləndirmək olar - Ceyhun Bayramov

"Bir neçə gün bundan əvvəl Moskvada beş ölkənin - Azərbaycan, Rusiya, Türkiyə, İran, Ermənistan xarici işlər nazirlərinin müavinlərinin görüşü keçirilib. Azərbaycan və Türkiyə prezidentləri 3+3 formatının təşəbüskarı olublar".

Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, bu təşəbbüslə bağlı danışıqlar gedib:

"Ermənistanın da bu regional təşəbbüsə qatılmaqda tərəddüdləri var idi. Təzadlı, bir-birini istisna edən bəyanatlar verirdilər. Onlar da bu formata qatıldılar. İlk görüş üçün danışıqların nəticələrini yüksək qiymətləndirmək olar. Bütün tərəflər regionda sülh və əminamanlığın bərba edilməsi, o cümlədən, nəqliyyat layihələrinin reallaşmasını müzakirə edib".

O qeyd edib ki, növbəti belə görüşlərin rotasiya əsasında digər paytaxtlarda keçirilməsi ilə bağlı qərar qəbul edilib:
"Xarici işlər nazirləri bu istiqamətdə kordinasiya rolunu həyata keçirəcəklər. Gələcəkdə daha yüksək səviyyəli görüşlərin keçirilməsi istisna edilmir".