Bakı. TurkicWorld:
Gəncə MDB-nin idman paytaxtı olacaq.
TurkicWorld Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskdə keçirilən MDB Xarici İşlər Nazirləri Şurasının iclasının yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
"Biz Gəncə şəhərinin 2025-ci ildə, Almatı şəhərinin 2026-cı ildə Birliyin idman paytaxtı elan edilməsi haqqında qərarı təsdiq etdik", deyə Rusiya XİN başçısı qeyd edib.
Qeyd edək ki, MDB Xarici İşlər Nazirləri Şurasının Minskdə keçirilən iclasında Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın diplomatik orqanlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.
İclasın yekunlarına görə qəbul edilən bəyanata əsasən, 2025-ci ildə Gəncə, 2026-cı ildə isə Almatı şəhərinin MDB-nin idman paytaxtı elan olunub.