Azərbaycan və Ermənistan tezliklə sülh müqaviləsinə nail ola bilərlər - Roma Papası

Azərbaycan və Ermənistan tezliklə sülh müqaviləsinə nail ola bilərlər - Roma Papası

Bakı. TurkicWorld:

Roma Papası I Fransisk Azərbaycan və Ermənistan arasında danışıqları dəstəkləyib.

TurkicWorld-in məlumatına görə, Roma Papası deyib ki, Azərbaycan və Ermənistan beynəlxalq ictimaiyyətin dəstəyi ilə dialoqu davam etdirə və ən qısa zamanda sülh müqaviləsinə nail ola bilər.

I Fransisk dünyanın digər yerlərində zorakılıq, münaqişə, qida çatışmazlığı və iqlim dəyişikliyinin təsirlərindən əziyyət çəkənlərin hamısının ümid yolunun açılmasını arzulayıb.