Roma Papası İrəvan və Bakıya sülh çağırışı edib

Roma Papası İrəvan və Bakıya sülh çağırışı edib

Bakı. TurkicWorld:

Roma Papası Fransisk Roma Papası Ermənistan və Azərbaycanı sülh əldə etməyə çağırıb.

TurkicWorld xəbər verir ki, Papa bu barədə Vatikanda akkreditasiya olunmuş diplomatlara müraciətində deyib.

Bundan başqa, Ukraynadakı vəziyyətə də toxunan Papa Fransisk münaqişəni danışıqlar yolu ilə həll etməyə çağırıb.

Xatırladaq ki, Roma Papası Fransisk builki Milad təbrikində də Azərbaycan-Ermənistan münasibətlərinə toxunub. Belə ki, Papa iki ölkə arasında sülhün əldə olunmasını arzulayıb.