Ötən il 340 şəxs barədə 190 cinayət işinin ibtidai istintaqı aparılıb - DTX rəisi

Ötən il 340 şəxs barədə 190 cinayət işinin ibtidai istintaqı aparılıb - DTX rəisi

Bakı. TurkicWorld:

Ötən 2023-cü il ərzində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ümumilikdə 340 şəxs barədə 190 cinayət işinin ibtidai istintaqı aparılmış, həmin cinayət işlərindən 27-si dövlətə xəyanət, 12-si casusluq, 7-si dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə, 35-i terrorçuluq, terrorçuluğa hazırlıq və Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etməklə bağlı olub.

TurkicWorld xəbər verir ki, bunu DTX-nin rəisi, general-polkovnik Əli Nağıyev rəsmi qəzetdə dərc olunan məqaləsində bildirib.

"Dövlət Təhlükəsizliyi Xidmətində icraatda olmuş cinayət işləri üzrə vurulmuş ziyanın aradan qaldırılması və ya cinayət yolu ilə əldə edilmiş vəsaitlərin dövlət büdcəsi nəfinə müsadirə edilməsi məqsədilə ümumilikdə 175 milyon manatdan artıq pul vəsaitinin ödənilməsi və əmlak üzərinə həbs qoyulması təmin edilib",- deyə Ə.Nağıyev bildirib.