Moskva "Azərbaycandan Ukraynaya silah tədarükü" ilə bağlı erməni feykinə inanmayıb

Moskva "Azərbaycandan Ukraynaya silah tədarükü" ilə bağlı erməni feykinə inanmayıb

Bakı. TurkicWorld:

Rusiya "Azərbaycandan Ukraynaya silah tədarükü" ilə bağlı erməni feykinə inanmayıb.

TurkicWorld-un çərşənbə günü verdiyi məlumata görə, bugünkü həftəlik brifinqdə erməni jurnalistin təxribat xarakterli sualını cavablandıran Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova qeyd edib ki, Moskva bu məsələ ilə bağlı Azərbaycanla sıx şəkildə əlaqə saxlayır.

"Ukraynaya potensial silah tədarükü ilə bağlı bütün məlumatlar Rusiyanın müvafiq qurumları tərəfindən diqqətlə yoxlanılır və həmin ölkələrlə müzakirə olunur.

Diqqətinizə çatdırım ki, Azərbaycan tərəfi Ukraynaya silah tədarükü barədə məlumatı rəsmi şəkildə təkzib edib. Bir daha xatırladıram ki, biz həm də bu məsələ ilə bağlı sıx şəkildə əlaqə saxlayırıq”, - deyə Zaxarova bildirib.

Qeyd edək ki, bundan əvvəl bir sıra Ermənistan KİV-ləri və "Telegram" kanalları 2022-2023-cü illərdə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin xətti ilə Ukraynaya bir neçə partiyada 25 minə yaxın 82 mm çaplı minaatan mərmisinin gətirildiyi barədə məlumat yayıblar.