Dünyada geosiyasi gərginlik ən yüksək səviyyədədir - BMT Baş katibinin müavini

Dünyada geosiyasi gərginlik ən yüksək səviyyədədir - BMT Baş katibinin müavini

Bakı. TurkicWorld:

Dünyada geosiyasi gərginlik ən yüksək səviyyədədir.

TurkicWorld xəbər verir ki, UNAIDS-in icraçı direktoru, BMT Baş katibinin müavini Winnie Byanyima XI Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

“Biz çox qütblü dünyaya doğru gedirik. Xalqlar arasında bərabərsizlik artıb. Bu baxımdan Qoşulmama Hərəkatı, Qlobal Bakı Forumu kimi platformalar çox vacibdir. Həmçinin Prezident İlham Əliyevə Qoşulmama Hərəkatına canlanma gətirdiyi üçün təşəkkür edirəm”,- deyə o bildirib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.

Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.