Hikmət Hacıyev Türkiyənin XİN başçısının müavini ilə regional məsələləri müzakirə edib

Hikmət Hacıyev Türkiyənin XİN başçısının müavini ilə regional məsələləri müzakirə edib

Bakı. TurkicWorld:

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin xarici işlər nazirinin müavini Yasin Ekrem Serimi qəbul edib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə XİN-in mətbuat xidməti sosial şəbəkədə bildirib.

“Nazir müavinimiz Yasin Ekrem Serim Azərbaycana səfəri çərçivəsində Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən qəbul edilib. Görüşdə regional normallaşma prosesləri müzakirə edilib”, – paylaşımda qeyd olunub.