ABŞ Azərbaycan və Ermənistanı uzunmüddətli razılaşma əldə etməyə çağırmaqda davam edir – Dövlət Departamenti

ABŞ Azərbaycan və Ermənistanı uzunmüddətli razılaşma əldə etməyə çağırmaqda davam edir – Dövlət Departamenti

Bakı. TurkicWorld:

ABŞ Azərbaycan və Ermənistanı uzunmüddətli razılaşma əldə etməyə çağırmaqda davam edir.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə deyib.

“Heç bir elanım yoxdur, lakin biz hər iki tərəfi uzunmüddətli razılaşma əldə etməyə təşviq etməyə davam edirik", - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü fevralın 28-29-da Berlində keçiriləcək.

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasına işgüzar səfərə yola düşüb.

Səfər çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş” layihəsi üzrə danışıqların növbəti raundunun, habelə Almaniyanın rəsmi şəxsləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

2023-cü ilin dekabrında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen bildirib ki, dövlət katibi antoni Blinken sülh sazişi üzrə danışıqlar aparmaq üçün tezliklə xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanı Vaşinqtonda qəbul etməyə ümid edir.