Qəzzada vəziyyəti qiymətləndirmək üçün BMT missiyasının yaradılması təxirə salınıb - ABŞ Dövlət Departamenti

Qəzzada vəziyyəti qiymətləndirmək üçün BMT missiyasının yaradılması təxirə salınıb - ABŞ Dövlət Departamenti

Bakı. TurkicWorld:

Qəzzada vəziyyəti araşdırmaq üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) missiyasının yaradılmasının və bu missiyanın Qəzza zolağına səfəri, şəhərin şimalında gərginliyin yenidən artması səbəbindən təxirə salınıb.

TurkicWorld-un verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu deyib.

Sahədəki şəraitin humanitar missiya yerinə yetirmək və düzgün qiymətləndirmə aparmaq üçün uyğun olmadığını qeyd edən Miller bildirib ki, bu mövzuda BMT və İsrail hökuməti ilə əlaqə saxlayırıq. Biz bu missiyanın tezliklə yaradılmasını istəyirik.

Miller əlavə edib ki, missiyanın yaradılması və ilk səfərin həyata keçirilməsi üçün sahədəki şəraiti yaxından izləyirlər.

Aytac Süleymanova

Twitter: a_alieva_