ABŞ Azərbaycanla Ermənistan arasında davamlı sülhün olmasına inanır - Dövlət Departamenti

ABŞ Azərbaycanla Ermənistan arasında davamlı sülhün olmasına inanır - Dövlət Departamenti

Bakı. TurkicWorld:

ABŞ Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasının mümkünlüyünə inanır.

TurkicWorld xəbər verir ki, bu barədə brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.

"Biz Ermənistanla Azərbaycan arasında davamlı sülhün mümkün olduğuna hələ edə inanırıq. Bu, Departamentin üzərində işləməyə davam edəcək bir məsələdir. Koordinator Lui Bono, dövlət katibi və başqaları bu işdə fəal iştirak edirlər", - deyə o bildirib.

Xatırladaq ki, Yanvarın 8-də Lui Bono İrəvana səfər edib. Səfər zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələləri müzakirə olunub.

Bu barədə ABŞ-ın Bakıdakı səfirliyi L.Bononun səfərini şərh edərək qeyd edib ki, o, Bakı ilə İrəvan arasında sülh prosesinə ABŞ-ın dəstəyini və davamlı və ləyaqətli sülhə nail olmaq yollarını müzakirə etmək üçün tez-tez Cənubi Qafqaza səfər edir.

"Elan etmək üçün heç bir təfərrüatımız yoxdur. L.Bono sülh prosesini dəstəkləmək üçün müntəzəm olaraq Ermənistan və Azərbaycanda bir sıra əsas maraqlı tərəflərlə əlaqə saxlayır. Biz Cənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirəcək istənilən prosesə kömək etməyə hazırıq," - deyə səfirlikdən bildirilib.